Respondentlərin 87 faizi Konstitusiyaya dəyişiklikləri bəyənir
06:56 16.09.2016
Arxiv
375
Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib
Fransanın "Opinon Way” Tədqiqatlar İnstitutu Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirib.
APA-nın məlumatına görə, sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üzbəüz müsahibə aparılıb.
Tədqiqat məqsədləri üçün 3 blokda qruplaşdırılmış 12 sualdan ibarət sorğu anketindən istifadə edilib ki, bu suallar respondentin sosial-demoqrafiq göstəriciləri, ölkədə mövcud siyasi-iqtisadi vəziyyət haqqında baxışları və qarşıdan gələn referenduma çıxarılacaq məsələlərə münasibətini öyrənməyə istiqamətlənib.
Tədqiqat müddətində rəyi soruşulanların 82%-i Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən razı olduğunu bildirib, respondentlərin 93%-i hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədir.
Sorğuda iştirak edənlərin 96%-i prezident kimi İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini göstərib.
Respublikada bir sıra problemlərin mövcud olduğu fikrində olan respondentlər ən vacib problemlər kimi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini (77%) və iqtisadi durumla bağlı çətinliyi (41%) qeyd ediblər.
Rəyi öyrənilən respondentlərin 81%-i sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəyini göstərib. Yalnız bütün respondentlərin 5%-i hələ də səsvermə prosesinə qatılmaq barəsində yekun qərar vermədiyini bildirib.
Bütün respondentlərin 87%-i Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ümumilikdə zəruri olduğunu qeyd edib. Konstitusiyaya təklif edilən bu və ya digər əlavə və dəyişikliklər nəticəsində müvafiq sahələrin inkişafına təsirinə gəlincə, respondentlərin 88%-i bu təsirin müsbət olacağı qənaətindədir.
Rəyi öyrənilənlər xüsusən də, təhlükəsizliyin və müdafiənin təmin edilməsi və insan hüquq və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərin bu sahələrdə gələcək inkişafa stimul verəcəyini düşünürlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm