İranın paytaxtı Tehranda aralarında qadın və uşaqların da olduğu onlarla adamın soyuqdan qorunmaq üçün bir qəbiristanlığa sığındıqları ortaya çıxdı. Qəbiristanlıqda yaşayan insanlar ölkəni qarışdırdı.
Milliyət xəbər verir ki, İranın "Şehrvend” qəzeti tərəfindən gündəmə gətirilən, aralarında qadın və uşaqların da olduğu onlarla adamın Tehrandakı Nasirabad qəbiristanlığında yaşadıqlarının izah edildiyi xəbər ölkədə müzakirə mövzusu olub.
Xəbərdən sonra ölkədəki yoxsulluq həddinə reaksiya göstərildi, prokurorluq tərəfindən evsizlərin düşərgələrə alınması təlimatı verildi.
Oskar mükafatçısı İranlı rejissor Asgar Ferhadi, mövzuyla əlaqədar prezident Həsən Ruhaniyə bir məktub yazaraq, ölkədəki yoxsulluğun ölçüsüylə əlaqədar tənqidlər yönəltdi.
Ferhadi, "sarsıdıcı" olaraq xarakterizə etdiyi xəbəri oxuduqdan sonra utandığını ifadə edərək, "Ölkədə 30 il məsuliyyət sahibi olmuş və mənim kimi olan kəslərin də eyni utancı duyması məqsədiylə bu məktubu yazdım." deyir.
Ferhadi məktubunda, Ruhani və İranlı səlahiyyətlilərə, "Yoxsulluğun şilləsi ilə üzləri qızarmış şərəfli insanların vəziyyətini görmək üçün fərqinə vardırmadan xalqın içərisinə getmələri" təklif olunur.
İran (ISNA) agentliyi, Ruhaninin məşhur rejissorun məktubuna cavab verdiyini eşitdirdi. Ruhani nitqində Ferhadinin "acıverici" məktubunu oxuduğunu ifadə edərək, mövzuyla əlaqədar kədərlərini dilə gətirib.
Ruhani, "Bəzi insanların yoxsulluq səbəbiylə karton daxmalarda və körpü altlarında yaşadığını eşitmişdik, ancaq qəbirlərdə yaşayanları eşitməmişdik. Bu məsələni araşdırınca utandım və boğazım düyünlənildi." deyib.
Digər yandan islahatçı qanada yaxın "Qanun” qəzeti, xəbərin yayılmasından sonra evsizlərin qəbiristanlıqdan döyülərək çıxarıldığını iddia etdi. İddiaya reaksiya verən Tehran Qubernatoru Hüseyn Haşimi, iddiaların doğru olmadığını, qəbirlərdə yaşayanların narkotik asılıları olduqlarını söylədi.
Haşimi, "Qəbirisitanlıq xüsusi təhlükəsizlik tərəfindən nəzarət edilir. Söz mövzusu olan kəslər oradan alınaraq, "Şehriyar” düşərgəsinə köçürüldü, ancaq narkotik asılıların bir çoxu düşərgələrdə qalmağı istəmir." deyə bildirib.
Turan