Ermənistanda müxalifət müdafiə nazirinin istefasını tələb etdi

Ermənistanın “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan müdafiə naziri Suren Papikyanın vəzifədən azad edilməsini tələb edib.

Sherg.az xəbər verir ki, Karapetyan Şaki kəndində Azərbaycan hərbçisi Nasimi Musayevin kənd sakini Ani Avetisyana atəş açaraq yaralaması ilə bağlı insidenti əsas gətirib.

Müxalifət lideri bildirib ki, müdafiə naziri məsul vəzifəyə uyğun deyil və bu postu təcrübəli hərbçi tutmalıdır. O, son aylarda orduda baş verən ölüm hallarını da xatırladaraq Papikyanın istefaya göndərilməsini istəyib.

Karapetyan hakim “Vətəndaş müqaviləsi” fraksiyasını təhlükəsizlik problemlərinə laqeyd yanaşmaqda da ittiham edib.