Rusiya DİN-dən erməni və Azərbaycan diasporuna XƏBƏRDARLIQ
09:48 08.05.2018
Arxiv
456
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsində Azərbaycan və Ermənistan diaspor nümayəndələri ilə görüş keçirilib.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev məlumat verib. O bildirib ki, bu gün Baş İdarədə hüquq-mühafizə orqanlarının nümayəndələri Azərbaycan və Ermənistan diasporunun üzvləri ilə görüşüblər: "Görüş zamanı mayın 9-da Moskvada keçiriləcək "Ölməz alay" ümumxalq yürüşündə təhlükəsizliyə riayət olunması müzakirə edilib. Azərbaycan və Ermənistan diasporunun nümayəndələrinə yürüş günü ötənilki kimi, qarışıqlığa gətirib çıxaracaq təxribat ola biləcəyi ilə bağlı narahatlıq bildirilib. Rusiya DİN Baş İdarəsinin nümayəndələri deyiblər ki, DİN rəhbərliyi və "Ölməz alay" təşkilat komitəsinin əmirinə əsasən yürüşə Böyük Vətən müharibəsinə dəxli olmayan bayraqlar, simvollar və atributlar gətirmək qadağandır. Bunu etməyə çalışan şəxslərdən həmin əşyalar, simvollar alınacaq. Yalnız Rusiyanın bayrağı, Qələbə simvolu və Böyük Vətən müharibəsi veteranlarının portretlərini gətirməyə icazə verilib".
Ş. Tağıyev Azərbaycan diasporunun üzvlərinə müraciət edərək "Ölməz alay" yürüşü zamanı onları qanun-qaydaya riayət etməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə