Rusiya ilə Amerika arasında “hibrid müharibə” gedir
08:00 06.06.2018
Arxiv
439
Qərb ölkələri ilə mübarizədə Putin hakimiyyəti 50 vasitədən istifadə edir
İlin əvvəlində ABŞ hökuməti 13 rus vətəndaşı və 3 təşkilata qarşı Amerikada keçirilmiş prezident seçkilərinə müdaxiləyə cəhddə ittihamı irəli sürüb. İttiham olunanlar arasında tanınmış iş adamı Yevqeni Priqojin və "İnternet araşdırmaları agentliyi”nin 12 əməkdaşı da var.
Ötən gün Rusiya prezidenti Vladimir Putin Avstriyanın ORF telekanalına müsahibəsində ilk dəfə bu məsələyə toxunub. Putin bəyan edib ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə etməyib və iş adamı Yevqeni Priqojinin fərdi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur: "ABŞ-da cənab Soros var və bütün dünyada cürbəcür işlərə müdaxilə edir.
Amerikalı dostlar isə mənə deyirlər ki, bu, ABŞ hökumətinin yox, Sorosun şəxsi işidir. Əgər belədirsə, o zaman məndə deyirəm ki, bu, cənab Priqojinin şəxsi işidir”. Yevqeni Priqojinin restoran biznesi ilə məşğul olduğunu vurğulayan Putin deyib ki, "Qərbdə KİV və siyasət nə qədər aşağı səviyyəyə düşüb ki, rusiyalı restoran sahibini ABŞ-dakı seçkilərə təsir göstərdiyini deyirlər”.
Putinin sözlərini "Şərq”ə dəyərləndirən siyasi şərhçi Zaur İbrahimli Britaniyanın Henri Cekson Cəmiyyətinin iki gün əvvəl açıqladığı "Kreml müharibəni necə aparır? - Müasir Rusiya Münaqişəsi” adlı hesabata diqqət çəkib. Ekspertə görə, məlum hesabatda göstərilib ki, Qərb ölkələri ilə mübarizədə Putin hakimiyyəti 50 vasitədən istifadə edir. Bura siyasi münaqişələr, iqtisadiyyat və energetika, diplomatiya və ictimiyyətlə iş, o cümlədən mədəniyyət, din və informasiya müharibəsi daxildir:
"Bunu "hibrid müharibə” adlandıranlar da var. Ruslar informasiya müharibəsindən çox fəal istifadə edirlər. Təbii ki, rəsmi dövlət qurumları prosedən uzaq durur. Bu fəaliyyəti xüsusi xidmət orqanlarının yaratdığı strukurlar həyata keçirirlər. Sovet DTK-sı ruslara bununla bağlı əvəzsiz miras qoyub. Eyni zamanda ruslar son vaxtlar dəbdə olan "reallığın təhrif edilməsi” texnologiyalarından da yararlanırlar. Baş verən hadisə ilə bağlı müxtəlif informasiya kanallarında fərqli versiyalar irəli sürülür. Sonra rəsmi mənbələr bunları şərh etməyə başlayır.
Sonda isə əvvəldən təlimat alan politoloqlar, bloggerlər, jurnalistlər dövriyyəyə girir və məsələni müzakirə edirlər. Beləliklə, ictimai rəyin real faktlar üzərində fokuslanmağa imkan vermirlər”.
Həmsöhbətimiz bildirib ki, çox az sayda adam həqiqəti informasiya süzgəcindən keçirərək axtarmağa maraq göstərir. Adətən bir-iki versiya ilə bağlı məlumat aldıqdan sonra kifayət qədər informasiyalı olduqlarını zənn edirlər:
"Halbuki, hər iki variantı informasiya müharibəsi mütəxəssisləri dövriyyəyə buraxıb və aktuallaşdırıblar. Putinin açıqlaması da məhz bu kontekstdə dəyərləndirilməlidir. Çünki son illərdə elə prezident Putinin özü "hibrid müharibə”nin həm komandanı, həm əsas silahı, həm də ön cəbhədəki əsgəri rolunu uğurla ifa edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol