Rusiya İsrailə niyə "dur" deyə bilmir ? - Politoloq izah edir





"İsrailin törətdiyi qırğınlar, fələstinlilərin əzilməsi, məhv edilməsi davam edəcək”.

Bu barədə "Sherg.az”a Qəzza bölgəsindəki qarşıdurmaları şərh edərkən politoloq Zərdüşt Əlizadə bildirib. 

Onun fikrincə, irimiqyaslı müharibə olması barədə ehtimallar əsassızdır:

"İsrail və onun müttəfiqi Amerika ən güclü dövlətlərdir. Nüvə silahı olan İsraillə zəif, pərakəndə xalqlar necə mübarizə apara bilər? İsrail ardıcıl olaraq ona müqavimət göstərən bütün dövlətləri neytrallaşdırıb. Amerikanın köməyi ilə addım atan İsrail indiyə kimi Yəmən, Suriya, İraq və digər dövlətləri sıradan çıxara bilib.

Fələstin xalqının hüquqlarının tapdanması, torpaqlarının ilhaqı, Qüdsün İsrailə birləşdirilməsi davam edəcək. Bu prosesə heç kim müdaxilə etmir, müqavimət yoxdur. Vaxtilə Sovet İttifaqı buna mane olurdu. Rusiyanın isə yüksək təbəqənin 80 faizi yəhudilərdir. Bu durum onun siyasətinə də təsir edir.

İsrailin qarşısının alınması üçün yeganə çıxış yolu müsəlman ölkələrinin vahid siyasət yürütməsi, İsrailə qarşı birləşməsidir. Bu isə mümkün deyil”.

Qeyd edək ki, mayın 14-ü Dünən ABŞ-ın öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsinə etiraz edən fələstinlilərlə İsrail hərbçiləri arasında qanlı toqquşmalar baş verib. Bölgədə vəziyyət gərgin olaraq qalır.

Aysel Aslan