“Rusiya-NATO qarşıdurması açıq müstəviyə keçir” - Əzələ nümayişi
15:51 04.04.2019
Arxiv
525
"NATO ölkələrinin toplantısında Rusiyanın artan aqressiyasına Alyansın cavab tədbirlərinin hazırlanması və mümkün planların reallaşdırılması müzakirəyə çıxarılıb”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, hazırda Qara dənizdə Rusiya-NATO qarşıdurması açıq müstəviyə keçir, tərəflər dənizdə birbirlərinə əzələ nümayiş etdirir:
"Bu da regionda yeni risklərin ortaya çıxması, geopolitik qarşıdurmanı dərinləşdirir. Geostrateji qarşıdurmanın Cənubi Qafqaza mümkün təsirləri qaçılmazdır. Artıq, NATO-nun Gürcüstanda güclənməsi bunun əyani göstəricisidir. Rusiyanın Qara dənizdə hərbi donanmasını inkişaf etdirməsi, Krımda S-400 raketlərini yerləşdirməsi, hətta nüvə silahının da yarmadada olması kimi mesajların verilməsini nəzərə alsaq, Qara dəniz hövzəsi yeni münaqişə mərhələsinə keçib.
Azov böhranından sonra NATO Ukraynanı qorumaq üçün öz hərbi donanmasını bu istiqamətdə yerləşdirməkdədir. Kremlin Nüvə silahını Krımda yerləşdirməsi və Qara dənizdə hərbi donanmasını Ukrayna sahillərində güc nümayişinə çıxarması NATO-nun Qara dənizdə və Şərqi Avropada təhlükəsizliyinə təhdid yaradır”.
Analitikə görə, bu gün Qara dənizdə silahlanma yarışı NATO və Rusiya arasında açıq rəqabət toqquşması meydanına çevrilib:
"Qara dəniz hövzəsi NATO və Rusiya arasında mümkün ssenaridə əsas döyüş meydanı hesab edilir. NATO-nun regionumuzda güclınməsi Azərbaycanın Alyansa inteqrasiyasını sürətləndirməlidir. Azərbaycanın təhlükəsizliyinin təminatı məhz Avrointeqrasiya dadır.
Rəsmi Bakı Qərblə əlaqələri yeni müstəviyə çıxarmalı, Rusiya Qərb arasında mümkün rəqabət fonunda öz ərazi bütövlüyünün təmin olunmasına çalışmalıdır. NATO-nun regionda strateji önəm verdiyi ölkələr Azərbaycan və Gürcüstandır. NATO Azərbayvan üzərindən Mərkəzi Asiyaya çıxış əldə edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual