“Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 10 faiz artıb”
14:53 27.09.2018
Arxiv
869
"Rusiya və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsində milli valyutaların istifadəsi perspektivi üçün infrastruktur hazırdır".
"Sherg.az" xəbər verir ki, bunu Rusiya iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Rusiya və Azərbaycan arasında bir neçə qrup məhsul üzrə ticarət milli valyutalar üzrə həyata keçirilir:
"Biz bu işdə böyük potensial görürük. Bu gün hər iki ölkədə bu cür hesablamaların həyata keçirilməsi üçün institusional mühit formalaşıb. Təbii ki, bütün tərəflər bunda maraqlıdırlar. Bu cür əməkdaşlığın inkişaf etdirilməsi bizim planlarımıza daxildir. Bu gün Azərbaycanda bir neçə Rusiya bankları təmsil olunur. Onlardan "VTB Bank" daha aktivdir. Rusiya Federasiyasında isə Azərbaycan Beynəlxalq Bankı olan "MBA-Moskva" fəaliyyət göstərir". A.Talıbov bildirib ki, hesablaşmaları milli valyutalarda həyata keçirilməsində böyük potensial görünür:
"Biz Azərbaycanla hesablaşmaların milli valyutada aparılmasına dair davamlı siyasət aparırıq. Azərbaycanla ticarət dövriyyəsi və onun potensialın artırılmasına gəlincə, deyə bilərəm ki,bu ilin ilk 6 ayı ərzində Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilə nisbətən 10 faiz artıb. İlin son 6 ayında daha 10 faiz artma potensialını görürük.
Ümumilikdə, biz sahibkarların fəaliyyətinə maneçilik yaradan bir sıra işlər üzrə işləyib onları aradan qaldırmalıyıq. Bu cür problemlərin həlli yolu bizim hazırladığımız planda öz əksini tapıb. Ümid edirik və əminik ki, ticarət dövriyyəsində qarşıya qoyduğumuz 15-20 faizlik artımı əldə biləcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət