Rusiya və İran Xəzərdə hərbi təlimə başladı
19:44 04.07.2017
Arxiv
491
İki dövlətin aktivliyi Suriyada baş verən proseslərlə bağlıdırRusiya Xəzər dənizindəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Məlumata görə, Həştərxan vilayətində və Dağıstanda yerləşdirilən Xəzər donanması, dəniz piyadaları batalyonları həyəcan siqnalı ilə ayağa qaldırılıb.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Cənub hərbi dairəsindən 1000 nəfərə yaxın hərbçinin iştirakı ilə Xəzər dənizində hərbi təlimlərə start verilib. Təlimlərə 10-dan çox hərbi və yardım gəmiləri, 150 döyüş və xüsusi texnika cəlb edilib. Maraqlıdır ki, eyni günlərdə İran da Xəzərdə genişmiqyaslı təlimlərə başlayıb. İranın Şimal donanmasının komandanı Əhmədrza Baqirinin sözlərinə görə, 5 mərhələdən ibarət təlim Xəzər dənizində 88 min kvadrat metr ərazini əhatə edəcək. Tehranın başlatdığı təlim "Güc və sabit təhlükəsizlik 96” adlanır.
Şimal və cənub qonşumuzun eyni anda hərbi təlimlərə başlamasını "Şərq”ə dəyərləndirən siyasi ekspert Qabil Hüseynlinin fikrincə, iki dövlətin aktivliyi Suriyada baş verən proseslərlə bağlıdır. Onun sözlərinə görə, son günlər Amerikaya məxsus hərbi güclərin Suriyada irimiqyaslı hərbi əməliyyatlara başlayacağı ilə bağlı xəbərlər dolaşır:
"ABŞ ona qarşı çıxan Rusiya və İranı Suriyadan uzaqlaşdırmaq məqsədi güdür. "Böyük 20-lərin” görüşündə Trampla Putinin bir araya gəlcəyi iddia edilir. Buna rəğmən Amerika bir neçə istiqamətdə Rusiyanın sıxışdırılması məqsədi ilə hərbi hazırlıqlar aparır. Birinci hədəf Suriyadır, daha sonra Baltikyanı ölkələr və Cənubi Qafqaz bölgəsi uğrunda mübarizə gedəcək. Rusiya üç istiqamətdə hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün ordunu ayağa qaldırıb. Təlimlər bu məqsədlə həyata keçirilir”.
Q.Hüseynli bildirib ki, rus ordusu sanki müharibəyə hazırlaşırmış kimi hərəkətə gətirilib:
"Hesab edilir ki, Amerika Suriyada rejim dəyişikliyinə gedə və bütünlüklə Yaxın Şərqi ələ keçirə bilər. Bölgəni nəzarət altına almaqda əsas məqsəd İranı İraqdan və digər ərəb ölkələrindən sıxışdırıb çıxartmaqdır. Bu prosesdə Səudiyyə Ərəbistan da fəal iştirak edir. Qətər məsələsinin də prosesə təsiri ola bilər. Qətərə verilən ultimatumun vaxtı bitib. Görünür, ultimatumdan sonra Qətərə qarşı hansısa addımların atılması planlaşdırılır. İranın fəallaşması Qətərlə, Rusiyanın aktivləşməsi isə Suriya ilə bağlıdır”. Ekspertə görə, hələlik güc nümayişləri psixoloji təzyiq çərçivəsindədir: "Vəziyyətin yüksək fazaya keçməsi ehtimalı çoxdur. Tərəflər arasında gərginlik soyuq müharibə dövründən daha kəskindir. İran və Rusiya Amerikaya qarşı nəinki sadəcə ordunu, hətta cəmiyyəti də səfərbər edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya