"Rusiya və Türkiyə arasındakı danışıqlar Amerikanı narahat edir"- Politoloq
09:57 06.06.2018
Arxiv
734
"Türkiyə və Rusiya arasında "Su-57” tipli qırıcı təyyarələrin alınmasına görə, müqavilə imzalanmayıb. Çünki bu təyyarələr hələlik tam mükəmməl hazırlanmayıb”.
Bunu "Sherg.az”a Türkiyənin Rusiya istehsalı olan "Su-57” tipli qırıcı təyyarələr və digər yüksək texnologiyalı silahlar əldə etmək planının Ankaranı ABŞ-ın beşinci nəsil "F-35” tipli təyyarə layihəsindən kənarda qoymasından danışarkən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, "Su-57” hərbi sınaqdan keçirilsə də, xeyli texniki, nəzəri qüsurları var:
"Ona görə, Türkiyənin bu təyyarəni alması ehtimalı azdır. Digər tərəfdən, Ankara Amerika ilə "F-35” tipli təyyarələri almaq barədə danışıqlar aparır. Bu zaman təyyarənin bəzi hissələrinin Türkiyədə istehsal edilməsi, bunun üçün tələb olunan texniki sənədlərin verilməsi, hərbi-istehsalat sirlərinin açılması tələb olunur. Amerika isə buna razılıq vermir. Əslində Rusiya da bu tələblə razılaşmayacaq. Bir müddət əvvəl Hindistan da "Su-57”ni almaqdan imtina edib və səbəb kimi Rusiyanın bəzi texniki istehsalat sirlərini vermək istəməməsini göstərib. Rusiya özünün müttəfiqi olan Hindistana istehsalat sirlərini vermirsə, NATO üzvü olan Türkiyəyə heç verməz. Ona görə, sözügedən müqavilə barəsində danışmaq hələ tezdir”.
Z.Əlizadə vurğulayıb ki, müqavilə bağlanmasa belə, Rusiya və Türkiyə arasında danışıqların aparılması Amerikanı narahat edir:
"Silah bazarında kəskin rəqabət var. Amerika heç vaxt istəməz ki, onun inhisarında olan bazara Rusiya öz texnikası ilə müdaxilə etsin. Bu baxımdan, müxtəlif üsullardan, siyasi təzyiq, qarayaxma kampaniyasından istifadə edib, danışıqları pozmaq istəyir. Lakin ortada Rusiya və Türkiyənin sövdələşməsi olmadığı təqdirdə, həyəcan zəngləri çalmağın mənası yoxdur”.
Türkiyə və Amerika arasındakı siyasi, iqtisadi və s. əlaqələrə də toxunan Z.Əlizadə bu münasibətlərin sağlam olmadığını diqqətə çatdırıb:
"Burada müəyyən müşküllər var. Problemlərin həlli üçün Amerika da, Türkiyə də çalışır. Buna görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vaxtaşırı ABŞ-a səfər edir, amerikan rəsmiləri qəbul edir. Hər iki tərəf bir-birinin iqtisadi, siyasi mənafelərinə hörmətlə yanaşır, ortaq məxrəc tapmağa çalışırlar”.
Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell də Türkiyənin "F-35” tipli təyyarə layihəsindən kənarda qalmaq ehtimalını təsdiqləyib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın Rusiyadan "S-400” kompleksləri almasına görə ABŞ-ın "F-35” tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsi "Su-57” qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya