Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı – Enərkən binaya çırpılıb - FOTO

Rusiya Federasiyasının Buryatia Respublikasında sərnişin təyyarəsi qəzaya uğrayıb.
Sherg.az Rusiya mətbuatına istinadən bildirir ki, təcili eniş edərkən qəzaya düşən təyyarənin 2 pilotu ölüb, 22 sərnişin yaralanıb.
Nijneanqarsk hava limanından havaya qalxan An-24 tipli sərnişin təyyarəsi az sonra təcili eniş etmək üçün aeroporta qayıdıb. Eniş zamanı hava yolundan çıxan təyyarə binaya çırpıldıqdan sonra yanmağa başlayıb. Təxminən 40 sərnişinin olduğu təyyarədə 2 pilot ölüb, 22 sərnişin yaralanıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Anar