"Rusiyada vətəni düşünən insan tapmaq çətindir"- POLİTOLOQ
14:30 14.12.2016
Arxiv
973
Rusiyaya qarşı sanksiyaların uzadılması Avropanın özünə də ziyan edir.
Bunu Sherg.az-a Almaniya və Fransa rəhbərlərinin Ukrayna məsələsinə görə, Rusiyaya sanksiyaların müddətinin uzatmasına münasibət bildirərkən, politoloq Zərdüşt Əlizadə deyib.
O deyib ki, Avropa ölkələri bu addımı ABŞ-ın tapşırığı əsasında atıb:
"Rusiyada vətəni düşünən insan tapmaq çətindir. Ona görə də,dövlətin bu problemlərlə üzləşməsi yüksək vəzifəli şəxslərin məsuliyyətsizliyini artıracaq. Bu amillərin təsiri nəticəsində qlobal cəhətdən belə hakim mövqedə olan dövlətin gələcəyinin olacağını demək çətindir. Avropa Birliyinin dərin böhran içərisində olması isə hər dövlətin belə desək, ağzından bir avaz gəlir. F.Olland müasir Fransa tarixində ən uğursuz prezident kimi yadda qalıb. A.Merkel, əksinə, müqayisədə daha bacarıqlı və savadlı siyasi xadimdir. Lakin onun da siyasi düşüncələrində və addımlarında köhnə fikirlər təkrarlanır. Bunlara rəğmən, Qərb ictimaiyyətində siyasi hadisələrə hərtərəfli şəkildə istiqaməti müəyyənləşdirən dövlət ABŞ-dır.
Donald Tramp hakimiyyətə gəldikdən sonra onun hadisələr münasibətində müəyyən dəqiqlik özünü göstərir. Təsadüfi deyil ki, o, öz komandasına əsasən biznesmenləri, uğurlu insanları cəlb etməyə çalışır. Çünki iş adamlarının əsas qayəsi bazar və puldur. Bu səbəbdən, onlar Amerikaya xeyir gətirə biləcək işlərə imza atırlar. Bu addımların ideoloji və ictimai rəydə necə qarşılanması kimi cəhətlərə fikir vermirlər. Lazım olduqda, ABŞ Ukraynanın hakimiyyətinin səriştəsizliyi nəticəsində böhrana düşmüş dövləti vəziyyətdən çıxara biləcək. A. Merkelin yaxın zamanda vəzifədən gedəcəyini nəzərə alsaq, onun açıqlamalarının təsirinin yarıya endiyini deyə bilərik. F.Olland isə yarıtmaz siyasətçi olduğuna görə onun açıqlamalarını ciddiyə almaq məqsədəuyğun deyil”.
Qeyd edək ki, ötən gün xarici mətbuatda yayılan məlumata görə, Almaniya baş naziri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaların müddətini uzadırlar.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm