Rusiyanın bu şəhərindən Bakıya yeni reys açılır




Rusiyanın Çelyabinsk şəhərindən Bakıya yeni aviareys açılacaq.

Trend-in məlumatına görə, reyslər bir ay müddətində aprelin 9-dan mayın 7-dək ucuz qiymətlərlə həyata keçiriləcək

Belə ki, Çelyabinsk-Bakı reysi 10 min rubl (260 manat) əvəzinə, 7 800 rubla (202) manata satılacaq. Əks istiqamətdə biletləri 10 500 rubla (273 manat) əldə etmək mümkün olacaq.

Bakı-Çelyabiinsk-Bakı reysi sentyabr ayınadək davam edəcək.