
"Rusiyanın Ermənistana geniş miqyaslı sanksiyaları gözlənilir" - Aktual
12:37 14.01.2019
Arxiv
367
"Paşinyan ona görə öz vədlərindən uzaqlaşır ki, başqa çarəsi yoxdur. Hər bir vədin reallaşması üçün münbit şərait olmalıdır”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Ceyhun Əhmədli deyib.
Analitik bəyan edib ki, vədləri həyata keçirmək üçün həm daxili siyasi sistem buna imkan verməlidir, həm də ölkənin geosiyasi vəziyyəti islahatlara adekvat səviyyədə olmalıdır. Lakin hazırda Ermənistandakı mövcud situasiya bu reallıqları istisna edir:

"Paşinyan "cib” müxalifəti yaratmaqla özünün təkhakimiyyətliyini təmin edib. Digər tərəfdən xarici siyasətdə atılmış irrasional addımlar ölkənin geosiyasi dalan vəziyyətini daha da daraldıb. Müxalifətin olmadığı, regional geosiyasətdə təcrid durumuna düşən bir ölkədə iqtisadi islahatların uğurla həyata keçirilməsi mümkünsüzdür. Bu, aksiomadır. Sabitliyin olmadığı bir ölkəyə heç bir investisiya qoyulmaz. Ermənistanda daxili siyasi gərginlik getcikcə artmaqdadır.
Paşinyan ölkədə anti-Rusiya ovqatının yaranmasına rəvac verən qərarlar qəbul edir. Söz yox ki, onun bu hərəkətləri Moskvada narahatlıqla izlənilir. Rusiyanın geniş miqyaslı sanksiyaları gözlənilir. Artıq təbii qazın min kubmetrinin qiyməti 150 dollardan 165 dollara qalxıb. Rusiyanın təkcə bu addımı Ermənistan iqtisadiyyatının silkələnməsinə gətirib çıxara bilər. Böyük sanksiyalar isə qabaqdadır”.
Politoloqun fikrincə, Paşinyan növbəti dəfə baş nazir seçilsə də, onun faktiki hakimiyyətə gəlişindən 7 ay ötür:
"Eyforiyaya qapılaraq Paşinyanın populist çıxışlarına sadəlövhcəsinə inanan xalq bir neçə aydan sonra ondan 1 ildə görülən işlərin hesabatını tələb edəcək. Bax, düşmən ölkədə əsil real siyasi vəziyyət həmin vaxt ortaya çıxacaq. Bu baxımdan, hesab edirəm ki, yaxın aylarda düşmən ölkədə əks-inqilabi proseslərin şahidi ola bilərik. Erməni xalqı üçün vəziyyətin qətiyyən yaxşıya doğru dəyişməyəcəyini əminliklə ifadə edə bilərik. İndiki şəraitdə ermənilərin Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv addımlar ata biləcək bir liderə ehtiyacı var.
Düşmən ölkədə hakimiyyətə kimlər, hansı qüvvələr gəlir-gəlsin, Azərbaycan torpaqlarının işğalı faktına son qoymayınca, onların hamısını eyni aqibət gözləyir. Paşinyan unutmamalıdır ki, Serj Sarkisyanı hakimyyətdən devirən qüvvə Azərbaycanın siyasi və hərbi uğurları idi. Əgər Paşinyan erməni xalqının layiqli həyat yaşamasını istəyirsə, münaqişənin həllində qəti addımlar atmalıdır. Əks təqdirdə onu da əvvəlki iqtidarların taleyi gözləyir!”.
Qeyd edək ki, bugün Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyan tərəfindən baş nazir olaraq təsdiqlənib. Yaxın 15 gün ərzində yeni hökumətin formalaşacağı gözlənilir. Məsələ ondadır ki, yeni hökumətdən, ələlxüsus da Paşinyandan erməni xalqının, ona səs verənlərin gözləntiləri çox böyükdür. Daha doğrusu böyük idi. Çünki Paşinyan köhnə hakimiyyəti devirdikdən sonra əhaliyə xeyli vədlər verib. Lakin ötən müddət ərzində verdiyi vədlərin heç birini yerinə yetirmədiyi üçün haqlı tənqidlərə məruz qalıb, nüfuzdan düşüb. Artıq əksəriyyət Paşinyandan ümidini üzmək üzrədir. Səbəbi isə odur ki, baş nazirin iqtisadi vədləri icra etməsi üçün əlində heç bir resurs yoxdur.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol