Ruslar “Skype”a rəqib yaratdı





Rusiya Texnologiyaları Korporasiyası ("Rostex”) "Sənayeləşmiş Rusiyanın rəqəmsal sənayesi” konfransında "Skype” proqramının yerli analoqunu təqdim edib.

İKT.lent.az-ın News.ru saytına istinadən məlumatına görə, yeni tərtibat AVES-S adını alıb.

Dövlət korporasiyası qeyd edir ki, bütün proqram tərtibatı Rusiyada aparılıb. Viruslardan müdafiəni "Kronos” sistemi təmin edir. AVES-S hökumət strukturları üçün nəzərdə tutulub.

Konfrans zamanı sistemin imkanları nümayiş olunub, "Rostex” konfransın keçirildiyi İnnopolis və Sankt-Peterburq şəhəri arasında canlı yayım seansı həyata keçirib.