Saakaşvili Ukraynada sevilir- POLİTOLOQ




Mixail Saakaşvili hakimiyyətə gəlmək üçün müttəfiqlərlə danışıqları gücləndirməlidir.

Bunu Sherg.az-a Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin hakimiyyət uğrunda mübarizəyə başlamasını şərh edərkən politoloq Elxan Şahinoğlu bildirib. 

Ekspertin sözlərinə görə, Ukraynadakı növbəti parlament seçkilərində təmsil olunmaq üçün M. Saakaşvili yaratdığı birliyi müəyyən pilləyə qaldırmalıdır: 

"Bu həddi aşmaq üçün sabiq qubernator öz hərəkatını partiyaya çevirəcək. Artıq gücləndikdən sonra onun hazırki prezident Pyotr Poraşenkonu sərt tənqid edəcəyini düşünürəm. M. Saakaşvilinin uğur qazanması üçün həvəskarların sayının artırılmasına və müttəfiqlərlə danışıqların intensivləşdirilməsinə ehtiyac var. Yenə də Saakaşvilinin hakimiyyətdə təmsil olunacağı barədə dəqiq proqnoz vermək çətindir. Çünki ortada olan böyük təzyiqlərdən söhbət gedir. O, Ukraynada korrupsiyanın ləğvi istiqamətində gördüyü işlər sayəsindəictimaiyyətin diqqətini çəkə bilib. Buna görə də xalqın Saakaşviliyə üstünlük verəcəyi ehtimal olunur. Lakin istənilən halda ona qarşı əngəllərin törədilməsi istisna deyil".

Qeyd edək ki, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünün facebook səhifəsində Ukraynada yeni siyasi qüvvənin yaradılması üzrə işin başlandığını bəyan edib.

Aysel Aslan