Sabiq MTN zabitindən XƏBƏRDARLIQ: "...Arxayınlaşmaq olmaz ! "




"Bu gün Azərbaycanda terrora qarşı mübarizəni qənaətbəxş saymaq olar, lakin arxayınlaşmaq olmaz". 

Bunu "Sherg.az”a terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər azərbaycanlının ölkə vətəndaşlığından məhrum edilməsindən danışarkən sabiq MTN zabiti Sülhəddin Əkbər deyib. 

O diqqətə çatdırıb ki, görülən tədbirlər bu günə qədər müsbət nəticəsini verib:

"Düşünürəm ki, həm ölkə daxilində bu mübarizəni davam etdirmək, həm də beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirmək lazımdır. Çünki beynəlxalq terrorizm qlobal hadisədir, onunla qlobal mübarizə aparmaq lazımdır. Bu isə qlobal miqyaslı əməkdaşlıq tələb edir”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayevin məlumatına görə, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub.

Aysel Aslan