Məktəbin idman meydançasını tikinti sahəsinə çevirənlər qanun qarşısında cavab verməlidirlər
Sabunçuda məktəbin meydançası bağlanıb, bina tikirlər
09:22 23.09.2017
Arxiv
495
Kimlərsə gizli iş aparmaq fikrinə düşüb, məktəbin ərazisini inşaat sahəsinə qatmaq istəyirlər
Məktəbin idman meydançasını tikinti sahəsinə çevirənlər qanun qarşısında cavab verməlidirlər
Məktəbin idman meydançasını tikinti sahəsinə çevirənlər qanun qarşısında cavab verməlidirlər
Bakının Sabunçu rayonu, 94 saylı orta məktəbin idman meydançası hasarlanıb. Bununla bağlı görüntüləri hüquqşünas Aslan İsmayılov özünün feysbuk səhifəsində paylaşıb. Hüquqşünas görüntülərə istinad edərək bildirir ki, 94 saylı məktəbin ətrafında tikinti işlərinə hazırlıq gedir.
"Müvəqqəti narahatlığa görə üzr istəyirik” tablosu da qoyulub. Ancaq ətrafa nəzər salanda bəlli olur ki, burada müvəqqəti yox, əbədi narahatlıqdan söhbət gedir. Çünki bir vaxtlar məktəbin idman meydançası olmuş sahə də hasarlanmış əraziyə daxildir. Meydançanın giriş qapılarına böyük qıfıl vurulub, sahədə yaşıllığın məhv edildiyi, bununla da tikintiyə zəmin hazırlandığı aşkardır. Bununla məktəblilər idman meydançasında təlimlər keçməkdən, fiziki tərbiyə ilə məşğul olmaqdan məhrum qalıblar. A.İsmayılov iddia edir ki, hasarlanmanı Sabunçu Rayon İcra Hakimiyyəti həyata keçirir. Ərazidə çox güman ki, yaşayış kompleksi, hündürmərtəbəli binalar inşa ediləcək. Hüquqşünas xəbəri paylaşmaqla ölkə rəhbərliyinə də müraciət edir və tikintinin dayandırılmasını xahiş edir.
"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli isə "Şərq”ə açıqlamasında təhsil müəssisəsinin ərazisinin zəbt edilməsinin yolverilməz və qanunazidd olduğunu dedi:
- Cənab Prezident hər zaman öz çıxışlarında bu məsələləri sərt qoyur və bildirir ki, məktəblərin, bağçaların əraziləri kimsə tərəfindən zəbt edilə bilməz. Görünür, kimlərsə gizli iş aparmaq fikrinə düşüb, məktəbin ərazisini inşaat sahəsinə qatmaq istəyirlər. Görüntüdə əks olunan həqiqətən məktəbin idman meydançasıdırsa, deməli, məktəbin inzibati ərazisidir. Və deməli, Təhsil Nazirliyinin balansındadır. Oranın zəbt olunması və tədris müəssisəsinə aidiyyəti olmayan hər hansı tikintinin aparılması üçün gərək Təhsil Nazirliyi o ərazidən imtina etsin. Bu da o zaman mümkün ola bilər ki, bu imtina əsaslandırılsın. Çünki Təhsil Nazirliyinin balansında olan ərazi eyni zamanda dövlət mülkiyyətidir.
Dövlət mülkiyyətində olan torpaq sahəsinin yalnız dövlət ehtiyacları üçün alınması mümkündür. Hansısa tikinti şirkətinə, sahibkara inşaat aparılması üçün torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılır. Bu da bir neçə mərhələdən ibarət uzun bir prosesdir. Dövlət Əmlak Komitəsinin, Memarlıq və Şəhərsalma İdarəsinin razılığı olmalıdır və s. Bütün mərhələlər keçildikdən sonra BŞİH tikintiyə razılıq verir. Məktəb rəhbərliyinin nazirlikdən xəbərsiz ərazidən imtinası da qeyri-mümkündür. Məktəb rəhbərliyinin torpaqdan imtina sənədi imzalamaq hüququ yoxdur. Burada, sözsüz, qanunsuzluq var və bunun qarşısı alınmalıdır.
Məktəblilər niyə idman meydançasına buraxılmamalıdır? Azərbaycanın beynəlxalq idman yarışlarında son illər əldə etdiyi uğurlar göz qabağındadı. Biz çalışmalıyıq ki, yeniyetmə və gənclərimiz sağlam böyüsün, idman növləri inkişaf etsin. Məktəbin idman meydançasını tikinti sahəsinə çevirənlər qanun qarşısında cavab verməlidirlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya