Şah İsmayıl Xətainin Bakıdakı heykəli sökülür? - AÇIQLAMA
16:12 16.02.2017
Arxiv
1254
Təxminən on gündür paytaxtın Xətai rayonu ərazisində, Yusif Səfərov küçəsində təmir işləri aparılır. Avropa Oyunları ərəfəsində abadlaşdırılan park isə sökülür. Məqsəd yolun genişləndirilməsidir. Parkda yerləşən Şah İsmayıl Xətainin heykəlinin aqibəti isə sual altındadır.
Bəs görəsən, heykəl köçürüləcəkmi?
Məsələ ilə bağlı ilk növbədə Xətai Rayon İcra Hakimiyyətindən açıqlama almaq istəsək də, aidiyyəti qurum suallarımızı cavablandırmaqdan imtina etdi. Adıçəkilən qurumun memarı təmir işlərinin onlara aidiyyəti olmadığını, bu səbəbdən heç bir açıqlama verməyəcəyini bildirdi.
Xətainin heykəlinin Xətai rayonu ərazisində yerləşən parklardan birinə köçürüləcəyi ehtimal edilir.
Gördüyünüz bu park Babək prospektində yerləşən Lalələr parkıdır. İlkin ehtimala görə, Şah İsmayıl Xətainin heykəli məhz bu parka köçürüləcək.
Təmir işləri "Azəravtoyol” ASC tərəfindən həyata keçirilir. Qurumun mətbuat katibi Anar Nəcəfli qeyd etdi ki, mövcud yolayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə isə 7 hərəkət zolağına qədər genişləndiriləcək: "Kompleks tədbirlər istər Heydər Əliyev və Babək prospektlərindən şəhərə doğru, istərsə də əks istiqamətdə nəqliyyat sıxlığının azalmasına yönəldilib. Buna paralel olaraq Yusif Səfərov küçəsinə paralel yeni yol hissəsi salınır ki, Heydər Əliyev prospektindən gələn avtonəqliyyat vasitələri Yusif Səfərov küçəsinə daxil olmadan şəhər istiqamətində hərəkət edə bilsinlər".
Eyni zamanda Sergey Senyuşkin küçəsində də abadlıq işləri aparılır. Nəticədə Heydər Əliyev və Babək prospektləri istiqamətində rahat hərəkət təmin olunacaq. Küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin də inşası planlaşdırılır: "Azəravtoyol” ASC tərəfindən həyata keçirilən yenidənqurma işləri çərçivəsində Yusif Səfərov küçəsində Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi nəzərdə tutulmayıb. Heykəl bu hissədə saxlanılacaq. Hal-hazırda bu, müzakirə mövzusu deyil”.
Təmir işlərinin 1-2 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə