Şahin Akdemirin məzarı da yana bilər

Marmarisdə meşə yanğınlarının söndürülməsinə dəstək verərkən həlak olan 25 yaşlı Şahin Akdemirin məzarı üçün də yanğın təhlükəsi var. Bu barədə “Sherg.az” “Haberglobal” a istinadən xəbər verir. Bildirilir ki, yanğın onun dəfn olunduğu Köyceğiz vilayətinə da çatır. Hadisə yerindən reportaj hazırlayan müxbir Umut Erolun sözlərinə görə, məzar da kül ola  bilər.