Sami Yusif Azərbaycanda: Şəhidlər Xiyabanını ziyarət edib





İngiltərədə yaşayan tanınmış azərbaycanlı müğənni Sami Yusif Bakıya gəlib.
Kult.az xəbər verir ki, gəlişi barədə İnstaqram hesabında məlumat verən Yusif Şəhidlər Xiyabanını ziyarət edib. Bundan əlavə, o, Şamaxıya da səfər edib.

Qeyd edək ki, ifaçı Azərbaycanda 27-30 sentyabr tarixlərində keçiriləcək "Nəsimi – şeir, sənət və mənəviyyat” festivalında iştirak edəcək.