"Sarı jilet"lilərin rəhbərinin həbsi fransızları ayağa qaldırdı:"Nazir bu cür insanların başını kəsmək istəyir"

"Sarı jilet"lilərin Fransanın Lil şəhərindəki rəhbəri Aleksandr Şantri həbsə alınıb.
"Sherg.az" "nouvelobs.com" saytına istinadən xəbər verir ki, A.Şantrinin həbsinə onun bəyan etmədən aksiya keçirməsi səbəb olub. 
Məhz buna görə də, 27 yaşlı bir gənc ətrafına xeyli sayda "sarı jiletli" toplayaraq "Grand Palais"nin qabağına yığışıblar. 
Onlar daxili işlər naziri Kristof Kastaner və onun katibi Loren Nünü gözləriblər. Məqsəd isə həbsin səbəbinin öyrənmək olub.
Bundan baqşa bir neçə "sarı jilet"li Lilin cənubuna bir araya gələrək polis binası qarşısında aksiya keçirib.
Həmçinin "sarı jilet"lilərlə bağlı yaradılan "Facebook" qrupu da bu həbsin real olduğunu yazıb.
Həmin qrupda buna dair edilən paylaşımın mətnini təqdim edirik.
Lildəki "sarı jilet"lilər inqilabının lideri Aleksandr Şantri bu səhər həbs olunub. Çünki o bəzi nazirlərin əvəzlənməsini istəyirdi. Biz onun təcili azadlığa buraxılmasını tələb edirik. Daxili işlər naziri Kristof Kastaner bu cür cəsarətli insanların başını kəsmək istəyir, amma biz müqavimətimizi davam etdirəcəyik.
Tərcümə etdi: Ayyət Əhməd