“Sarkisyan çalışır ki, cəbhə xəttində növbəti hərbi təxribatlara əl atmaqla daxili auditoriyanın diqqətini problemlərdən uzaqlaşdırsın”
Sarkisyan rejiminin qara günləri başlayıb
20:28 13.02.2017
Arxiv
1122
Əhali hökumətdən ardıcıl məğlubiyyətlərinin hesabını soruşur
“Sarkisyan çalışır ki, cəbhə xəttində növbəti hərbi təxribatlara əl atmaqla daxili auditoriyanın diqqətini problemlərdən uzaqlaşdırsın”
“Sarkisyan çalışır ki, cəbhə xəttində növbəti hərbi təxribatlara əl atmaqla daxili auditoriyanın diqqətini problemlərdən uzaqlaşdırsın”
Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək məhv edilib. Hazırda silahlı qüvvələrimiz bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir.
Xatırladaq ki, son iki həftədə erməni hərbi birləşmələri ikinci dəfə diversiya təxribatına əl atıblar. Bununla yanaşı, düşmən qoşunları demək olar ki, hər gün cəbhə xəttində atəşkəsi minaatanlardan, iriçaplı pulemyotlardan və qumbaraatanlardan istifadə etməklə kobud şəkildə pozurlar. Ekspertlərə görə, düşmənin son dövrlər təmas xəttində vəziyyəti gərginləşdirməsi Ermənistandakı qaniçən siyasi rejimin çıxılmaz vəziyyətə düşməsindən xəbər verir. Onların fikrincə, hakimiyyət cəbhədəki durumu gərginləşdirməklə ölkədəki ictimai fikri başqa istiqamətə yönəltməyə çalışır.
Düşmən təxribatı ilə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, erməni tərəfinin bu cür addımlar atacağı gözlənilən idi:
"Azərbaycanın son 11 ay ərzində həm hərbi, həm də diplomatik sahədə qazandığı böyük nailiyyətlər cənab Prezidentin təbirincə desək, təkcə erməni ordusunu deyil, bütün dövləti silkələdi. Aprel döyüşlərində tarixi qələbəmiz, ardınca Cocuq Mərcanlı kəndinə qayıdış layihəsi düşməni sarsıtdı. Erməni tərəfi şəhid Çingiz Qurbanovun nəşini 40 gündən artıq saxlayaraq təxribata əl atdı. Prezidentimiz bütün beynəlxalq təşkilatları ayağa qaldıraraq əsgərimizin nəşini geri qaytardı və ona Milli Qəhrəman adı verdi. Daha sonra blogger Aleksandr Lapşinin ekstradisiyası reallaşdı. Qısa müddət ərzində əldə edilən dörd mühüm hərbi və diplomatik qələbə Ermənistanın onsuz da boğaza yığılan sosial bazasına çox ciddi təsir göstərdi. İndi Serj Sarkisyanın əsas niyyəti ölkədəki ictimai fikri dəyişməkdir”. Politoloq bildirib i, aprel ayının 2-də Ermənistanda parlament seçkisi keçiriləcək. Hakimiyyətin imicinin bu qədər aşağı düşdüyü, sosial bazanın azaldığı dövrdə parlament seçkisi heç də ürəkaçan olmayacaq: "Sarkisyan çalışır ki, cəbhə xəttində növbəti hərbi təxribatlara əl atmaqla daxili auditoriyanın diqqətini problemlərdən uzaqlaşdırsın. Yəni insanlar öz mədələri haqqında deyil, Qarabağ haqqında düşünsünlər. Ümumiyyətlə, düşmən tərəf Dağlıq Qarabağ münaqişəsindən hər zaman öz çirkin məqsədləri üçün istifadə edir. Sarkisyan rejimi erməni xalqının suallarından qaçır. Çünki əhali hökumətdən ardıcıl məğlubiyyətlərin hesabını soruşur. Əlbəttə, bu suala cavab vermək Sarkisyan üçün olduqca mürəkkəb məsələdir”.
E.Nəsirov onu da bəyan edib ki, həmsədrlər Ermənistana ya təsir etmək istəmirlər, ya da onların potensial imkanı tükənib:
"Düşmən tərəfin bütün təxribatları Minsk Qrupunun vasitəçiləri tərəfindən susqunluqla qarşılanır. Həmsədrlər nəinki prezidentlərin görüşünü təşkil edə bilmir, heç XİN rəhbərlərini bir araya gətirməyi bacarmırlar. Şübhəsiz ki, münaqişənin həllinin dalana dirənməsi müharibə ehtimalını gücləndirir. Vasitəçilər mövcud vəziyyəti yaxşı ölçüb-biçməlidirlər. Əks təqdirdə hadisələr aprel döyüşlərindən daha kəskin xarakter ala bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil