Sarkisyanın çırpınması mənasızdır
19:19 18.09.2017
Arxiv
707
İrəvandakı cinayət göstərir ki, hadisələr getdikcə şiddətlənəcək
Sentyabrın 14-ü Ermənistanın paytaxtı İrəvanda baş verən qanlı atışmanın təfərrüatları məlum olub. "Keçid” fraksiyasının lideri Nikol Paşinyan deyib ki, baş verən hadisə hakimiyyətdaxili mübarizənin tərkib hissəsidir. Onun sözlərinə görə, artıq tərəflər arasındakı mübarizə siyasi müstəvidən silahlı qarşıdurmaya keçib:
"Hakim qüvvələr açıq şəkildə adam öldürür və qətlləri paytaxtın mərkəzində həyata keçirməkdən belə çəkinmirlər”. Paşinyan əlavə edib ki, inanmasa da, cinayətkarların tapılması üçün aidiyyəti qurumların və şəhər meriyasının hərəkətə keçməsi üçün siyasi təşkilat adından müraciət edəcək.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Ermənistanda siyasi hakimiyyət daxilində olan qarşıdurma pik həddə çatıb. Ekspertin sözlərinə görə, hakimiyyətdaxili parçalanmaların və ziddiyyətlərin əsas səbəbi ölkədə icra hakimiyyətinin başı olan Nazirlər Kabinetinin sədrliyi uğrunda gedən mübarizə ilə bağlıdır:
"Sirr deyil ki, prezident Serj Sarkisyan NK-nin sədri olmaq istəyir. Çünki o, artıq üçüncü müddətə prezident seçilə bilməz. İndi parlament seçkisində seçkiləri saxtalaşdırmaqla özünün rəhbərlik etdiyi Respublikaçılar Partiyasının qələbə çalmasını təmin etmək və baş nazir səlahiyyətlərinə yiyələnmək istəyir. Amma hazırda baş nazir vəzifəsində olan Karen Karapetyan Moskva tərəfindən ciddi surətdə müdafiə olunur. Çünki o, ölkənin yerli ermənilərindəndir”.
Analitik bildirib ki, yerli ermənilərlə Dağlıq Qarabağ klanı arasında mübarizə şiddətli hal alıb:
"İrəvandakı cinayət göstərir ki, hadisələr getdikcə şiddətlənəcək. Sarkisyan və onun dəstəsinin hakimiyyətdən uzaqlaşdırılması prosesi uğrunda mübarizə artacaq. Hətta ola bilsin, bir müddətdən sonra Karapetyan və onun timsalında yerli ermənilərin idarəetməni ələ keçirməsi təmin ediləcək. Məncə, Sarkisyan nahaq yerə özünü ora-bura çırpır. Onun çırpınması mənasızdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya