"Savelyev erməni yalanlarını ifşa edir" - Deputat




"Hazırda münaqişə tərəfləri arasında çox ciddi informasiya müharibəsi gedir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Deputat bildirib ki, təşkilatlanmış erməni diasporası hər bir istiqamətdə Azərbaycanla bağlı yalanlar, şayiələr yaymaqla məşğuldur:

 "Əfsuslar olsun ki, informasiya müharibəsində gec tərpəndik. İndi bu sahədə ilk addımlarımızı atırıq. Əlbəttə, hələ çox iş görmək lazımdır. Cənab Savelyevə erməni yalanlarını ifşa etməkdə bizə dəstək verdiyi üçün minnətdarlığımı bildirirəm. Savelyevin Xocalı soyqırımı barədə dedikləri onun dəyərli şəxsiyyət olduğunu göstərir. Biz bunu müsbət dəyərləndiririk. Amma prosesin mürəkkəbliyini nəzərə alaraq, fəaliyyətimizi genişləndirməliyik. Çünki müharibə sadəcə səngərlərdə getmir”.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev Azərbaycanın mövqeyini müdafiə edib. Deputatı deyib ki, 2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırırdı. Ancaq Azərbaycan bu istiqamətdə ciddi iş aparmaqla ictimai rəyi öz tərəfinə çəkə bilib və tədricən Qərb mətbuatı həmin hadisələrin adekvat görüntüsü yaranıb.

İsmayıl