Saxlanılan şəxs polisi təhdid etdi: “Səni yedim, məmur qardaşım”

İzmirdə polis yoxlama zamanı bir maşını saxlayıb. “Sherg.az” “Posta”ya istinadən xəbər verir ki, avtomobilə baxış zamanı müəyyən qədər narkotik vasitə aşkarlanıb. Şübhəli şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər. Saxlanılanlardan biri- Sadık Yıldırım həmin əsnada öz sosial media hesabında canlı yayım açaraq bunları deyib: “Ən çoxu iki saata mən çıxaram, amma səni yedim, bizə həddimizi bildirməyə çalışan məmur qardaşım”. Bu təhdidin ardınca Sadık Yıldırım hakim qarşısına çıxarılıb və həbs edilib.