"Məxməri inqilab sahəsində hakimiyyəti faktiki olaraq ələ keçirən Paşinyan düşünülmüş senari nəticəsində hakimiyyət zirvəsinə yüksəlişini leqallaşdırdı”. Bunu "Sherg.az”a Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri gözlənilən idi. Paşinyan idarə etdiyi kütlənin təzyiqi vasitəsi ilə hakimiyyəti de-fakto ələ keçirən kimi çox yaxın müddətə yeni seçkilərin tarixini elan etdi.
Seytnot vəziyyətində düşünən hakim klan isə toparlanmağa macal tapmadı. Bunun ardınca palamentdə çoxluq təşkil edən Respublikaçılar Partiyasının deputatlarına və məmur heyətinə, hətta onların ailə üzvlərinə qarşı ciddi basqılar etməyə başladı. 2008- ci ilin mart ayında baş vermiş məlum hadisələrə görə eks prezident Robert Koçaryanın həbsi , KTMT-nin keçici rəhbəri Xaçaturov və müdafiə naziri Mikael Arutunyana qarşı qaldırılan cinayət işləri təzyiq vasitəsi idi. Koçaryan Rusiyanın təzyiqi ilə azadlığa çıxsa da, onun haqqında cinayət işinə xitam verilməyib. Özünü sözəbaxan aparmayacağı təqdirdə həbsi yenidən reallaşa bilər.

Xaçaturov zaminə buraxılsa da, Arutunyan ölkə hüdudlarından kənarda gizlənir. Seçkilərin ilkin nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiiyi "Mənim Addımın" bloku səslərin 70 faizini qazanaraq siyasi rəqiblərinə heç bir şans buraxmadı. Koçaryan-Sarkisyan cütlüyünün siyasi məhsulu olan Respublikaçılar Partiyası ağır zərbə alaraq parlamentə buraxılmadı. Onlar parlamentdə təmsil olunmaq üçün lazım olan səslərin 5 faizini belə yığa bilmədikləri üçün oyundan kənar vəziyyətə düşdülər. Bundan sonra bu partiyanın siyasi perspektivi bitmiş hesab oluna bilər”.
Politoloq bəyan edib ki, Respublikaçılar Partiyası keçmiş SSRİ-inin kommunist partiyasının taleyini yaşayacaq:
"Sanki, Serj Sarkisyan Paşinyanın "güclü” baş nazir olması üçün çalışır. Özünün baş nazir olacağını və bu vəzifədə hələ uzun müddət qalacağını ehtimal edən Sarkisyan parlamentli idarəçilik sisteminə keçmək üçün qanunları qəbul edərkən geniş səlahiyyətli bir baş nazir düşünmüşdü. İndi isə bu səlahiyyətlər Paşinyanın əlindədir. Baş nazirin əlindəki səlahiyyətlər "Qarabağ klanın”cəzalanması maşınına çeviriləcək”.
İsmayıl