“Seçkinin nəticələrini dəyişdirənlər xain FETÖ qruplaşması və terrorçu PKK-dır”
14:53 02.04.2019
Arxiv
487
"Cümhur İttifaqı”nın İğdırda bələdiyyə sədri postuna namizədliyini irəli sürdüyü İsa Yaşar Tezel seçkinin nəticələrindən şikayət edib.
"Sherg.az” xəbər verir ki, bu barədə azərbaycanlı namizəd öz feysbuk profilində yazıb.
İsa Yaşar Tezel bildirib ki, seçki günü təsbit etdikləri qanun pozuntuları, hiylə və şübhəli hərəkətlərlə bağlı əllərində olan dəlilləri müvafiq seçki qurumuna təqdim edərək, seçkinin nəticələrinə etiraz ediblər. Tezel əlavə edib ki, seçki pozuntularına dair bir çox sənədlər hazırlayıblar. Əlavə bir neçə sənəd də hazırlayıb günün sonunda təqdim edəcəklər:
""Cumhur İttifaqı” İğdırda siyasi sui-qəsd və təxribata qurban getdi. Təxribat sahiblərinin və şər qüvvələrin məqsədi Türkiyə dövlətini məğlubiyyətə uğratmaq, hörmətli prezident Ərdoğanı və bütün vətənsevərləri məyus etməkdir.
Seçkinin nəticələrini dəyişdirən güclər xain FETÖ qruplaşması və terrorçu PKK-dır. Mən MHP başqanı Dövlət Baxçalının və hörmətli prezident Ərdoğanın İğdıra əmanətiydim. Hər kəs bu əmanətə xəyanət edilməməsini çox yaxşı bilirdi.
Lakin milli şəxslərə qarşı hücuma keçən qüvvələr pərdəarxası olaylarla öz çirkin məqsədlərini ortaya qoydular. Heç kim iddia edə bilməz ki, "Cümhur İttifaqı” İğdırda seçkini ədalətli proses fonunda uduzub. Üç ölkəyə qonşu olan, ölkəmizin can və şah damarı sayılan İğdırda kimlərin, hansı qüvvələrin hesabı var?”.
Tezel vurğulayıb ki, o, müstəqil məhkəmələrin gücünə inanır:
"Şübhəli proseslər olub. Seçkinin yenidən keçirilməsi və ya səslərin yenidən sayılması lazımdır. Bizim əlimizdə çox ciddi dəlillər var. Bunları təqdim edəcəyik. Biz hüquqa və ədalətə inanır və güvənirik. Haqq öz yerini tutacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi