Səfirlik Xəzər Əliyevin meyitinin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır
08:46 31.08.2017
Arxiv
354
"Azərbaycanın Livandakı Səfirliyinə istinadən bildiririk ki, Azərbaycan vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlu avqustun 25-də saat 05.30 radələrində Livanın Beyrut şəhərində avtomobillə vurulub. Hadisə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib”.
Bu barədə APA-ya XİN-in mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, Xəzər Əliyev hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq, həmin gün saat 11.00 radələrində ölüb.
Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb: "Dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gedib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyəti müəyyənləşib. Səfirlik tərəfindən XİN-nin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib”.
Məlumatda bildirilir ki, Livanda olduğu müddətdə Xəzər Əliyev səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət sığortasının da olmadığı bildirilir. Xəstəxana göstərilən tibbi xidmətin müqabilində ödəməni tələb edir.
"Digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar üçün büdcə vəsaiti nəzərdə tutulmayıb. Azərbaycanın Livandakı səfirliyi Beyrut polisi, xəstəxana, hadisəni törədən şəxs və onun vəkili ilə təmasları davam etdirərək cənazənin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır. XİN-nin Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır”, - deyə mətbuat xidmətindən bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual