"Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi Prezidentin qayğısının bariz nümunəsidir" - Deputat
15:04 16.11.2018
Arxiv
699
"Bu addım ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına, məxsusi şəhid ailələrinə olan diqqət və qayğısının bariz nümunəsidir".
Bunu "Sherg.az"a Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsindən danışarkən millət vəkili Aydın Hüseynov bildirib.
Parlamentari qeyd edib ki, ölkə çox yüksək humanizm nümayiş etirərək belə bir fərman imzalayıb və tam əminəm ki, haqqı çatan hər kəsə bu vəsait veriləcək:
"Heç kim diqqətdən kənarda qalmayacaq, yaddan çıxmayacaq. Kimlər bu kateqoriyaya aiddirsə, onların hamısı həmin vəsaiti alacaq. Bu bir daha onu göstərir ki, doğrudan da cənab prezident təkcə bu kimi məsələlər deyil, şəhid ailələri, Qarabağ qazilərinin sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atır. Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın aprel döyüşçülərinə, eləcə də digər qazilərə göstərdiyi diqqət və qayğı ortadadır. Eyni zamanda cənab Prezident bütün çıxışlarında məmurlardan şəhid ailələrinə, qazilərə həssas və diqqətli yanaşmalarını tələb edir".
Qeyd edək ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət