"Şəhid ailələrinə yaradılan şərait, onlara göstərilən diqqət göz qabağındadır"
13:11 30.01.2019
Arxiv
648
"Şəhid ailələrinin problemləri hər zaman dövlətimizin diqqətində olub”.
Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, bunu çoxsaylı prezident fərmanları və sərəncamları təsdiq edir:
"Bu illər ərzində şəhid ailələri üçün yaradılan şəraitlər, onlara göstərilən qayğılar göz qabağındadır. Təbii ki, şəhid ailələrinin yalnız mənzil təminatından söhbət gedə bilməz. Onlara olan diqqət və qayğı özünü hər yerdə göstərib. Təhsildə, səhiyyədə, sosial müavinətlərdə və təminatlarda şəhid ailələrinin üstünlükləri olub. Bu proses indi də davam edir.
Çünki bizim üçün şəhidlərimizin xatirəsindən əziz xatirə, onlardan yüksək səviyyədə dayanan heç kim yoxdur. Şəhidlərin xatirəsinin müqəddəsiliyini qorumaq üçün onların ailələrinə diqqət hər zaman ən yüksək səviyyədə olmalıdır. Cənab prezidentimiz bunu hər zaman diqqətdə saxlayr”
Deputatın sözlərinə görə, prezident İlham Əliyevin və birinci xanımın şəhid ailələri ilə yanvarın 28-dən əvvəl də saysız-hesabsız görüşləri olub:
"Bütün bunlar siyasətdən əvvəl mənəviyyat məsələsidir. Baş verənləri müşahidə edən hər bir Azərbaycan vətəndaşı nəticə çıxarır. Şəhidlərimiz bizim üçün nə qədər əzizdirsə, onların ailələrinə diqqət də o səviyyədə saxlanılır. Cənab prezident görüş zamanı bir daha bəyan etdi ki, bütün şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlər və əlillərimiz dövlətin diqqətindədir. Bütün bunlar həm siyasət, həm mənəviyyat, həm tərbiyə, həm də vətənpərvərlikdir.
Baş verənlər həmçinin gənclərimizə də bir çağırışdır. Hesab edirəm ki, hər birimiz bu olanlardan nəticə çıxarmalıyıq. Cənab prezidentin də dediyi kimi, görülən bütün işlər xalqımız üçündür. Düşmən üzərində qələbə çalmalı, torpaqlarımız işğaldan azad etməli və doğma yurdumuza qayıtmalıyıq. Bu gün şəhid ailələrinə göstərilən diqqət işğalda olan torpaqlarımızda daha da yüksək səviyyədə olacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya