Şəhidin həyat yoldaşı Prezidentə təşəkkür etdi: "Xalqı düşünür, şəhid ailələrinə yardım edir"





"Pezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daim Azərbaycan xalqına diqqət və qayğı göstərir”.

Bunu "Sherg.az"a 1993-cü il də Şəmkir rayonundan olan şəhid Alıyev Məzahir Həsən oğlunun həyat yoldaşı Alıyeva Faiqə Qəhraman qızı bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını söyləyən F.Alıyeva qeyd edib ki, dövlət başçımızın bu addımı qürurvericidir:

"Hər zaman olduğu kimi yenə ölkə başçısı İlham Əliyev xalqı düşünüb,şəhid ailələrinə yardım edib. Cənab prezident bizi evlə təmin edib. Hər ay 142 manatlıq yardım alırıq. Ölkə başçımız çox sağ olsun. Allah Prezident İlham Əliyevi Azərbaycan xalqının başının üstündən əskik etməsin. Ailəmin adından, öz adımdan cənab prezidentə minnətdarlığımı ifadə edirəm. 

Torpaq uğrunda şəhid olanların ailələrinə birdəfəlik 11 min AZN ödəmənin olunması sosial şəraitimizə çox yaxşı təsir göstərdi. Pula ehtiyacımız vardı, çətindəyidik. Sanki belə bir qərar verməklə ölkə başçısı əlimizdən tutdu. 

Hazırda ödənişi almışam və oğlumun müalicəsinə xərcləyəcəm. 26 ildir cənab Prezident bizə diqqət, qayğı göstərir. Bir daha təşəkkür edirik !

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödəmələrə start verilib.

Kənan Eynuroğlu