Şəhriyar Məmmədyarov sponsorsuzluqdan gileyləndi: "Mənim gücüm sonsuz deyil, bir gün..."



"Sabahiniz xeyir. İndi yuxudan durdum yorğunluqdan. Burada gecə saat 01:47 dir. Bu gün Karlsenlə 5 saatdan cox oyun oynadım və açığı cətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi, sonra vəziyyət biraz pisləşdi və rəqib 5 saat qalib gəlməyə calışdı. Və burdan bir qərara gəldim ki, 40-45 günlük turnirlərə son qoyacam, gərək az oynayıb özümdə güc saxlayım". 

Sherg.az bildirir ki, bu sözləri beynəlxalq turnirdə iştirak edən Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov deyib. 

Qrossmeyster sponsorsuzluqdan gileylənib: "Bu əlbəttə ki, biabırçılıqdır, bu qədər arxa-arxaya oynamaq olmaz. Bu gün jurnalist mənə sual verdi ki, nədir səni məcbur edən bu qədər oynamağa? Utandım deyim ki pul! 

Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsuru yoxdur. Və hətta bütün yarışlara öz hesabıma gəlirəm. Çünki bütün burdakı insanların sponsoru var. Amma yenə sabah oyun var, gərək yenə hazırlaşım. Çox heyif, amma şahmat belə məni bezdirir! Yorulmuşam! Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı?".

Məmmədyarov qeyd edib ki,  Azərbaycana sevgisi sonsuzdur: "Amma heyif ki, mənim gücüm sonsuz deyil, bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam, onda bu söhbətlər sadəcə maraqsız olacaq".