Sellofan torbalardan istifadənin məhdudlaşdırılması gündəmdədir
16:32 12.01.2019
Arxiv
564
"Torbaların qiymətini nazirlik müəyyən etmir. Biz sadəcə polietilen torbaların pullu olması və bəzi növlərinin tamamilə qadağan olunması ilə bağlı təkliflər vermişik"
Ətraf mühit üçün ciddi ekoloji problem olan polietilen torbaların istifadəsi bütün dünya üçün böyük problemdir. Bir müddət əvvəl ölkəmizdə sellofan torbalardan istifadənin məhdudlaşdırılması ilə bağlı əhaliyə müəyyən göstərişlər verildi. Əhalinin kağız və parça torbalardan istifadə etməsi məsləhət görülürdü. Hətta yanvarın 1-dən etibarən bu torbaların marketlərdə pullu olacağı da bildirildi.
Ölkəmizdə bəzi marketlərdə polietilen paketlərin 5 qəpik olduğu bildirilir. Məqsəd torbalardan istifadənin tədricən aradan qaldırılması olsa da, hələ ki, əhalinin kağız və parça torbalardan istifadəsinin şahidi olmuruq.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirlik tərəfindən polietilen torbalardan istifadənin tədricən azaldılması ilə bağlı təşəbbüs qaldırılıb. Onun sözlərinə görə, artıq bir neçə müddətdir ki, polietilen torbalarla bağlı maarifləndirmə işləri görülür:
"Məlumdur ki, polietilen torbaların ətraf mühitə mənfi təsirləri var. Bütün bunları nəzərə alaraq müəyyən təşəbbüsə başladıq. İstəyirdik ki, ictimaiyyət nümayəndələri də bu məsələyə qoşulsun. İctimaiyyət nümayəndələrinin tədbirə qoşulması olduqca təqdirəlayiq haldır. Lakin bilinmir ki, hansı marketlərdə bu torbalar pulludur. Marketlərin çağırışımıza müsbət reaksiya verməsi sevindirici haldır. İnanırıq ki, hər kəs bu tədbirləri dəstəkləyəcək».
Qurum rəsmisi bildirib ki, müvafiq təkliflər planı hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib:
"Təkliflər yalnız polietilen torbaların pullu olması ilə bağlı yox, həmçinin plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, onların əvəzinə alternativ qablaşdırma materiallarından istifadə olunması ilə bağlıdır. Hazırda həmin təkliflər razılaşdırılma mərhələsindədir. Yəni təkliflər razılaşdırıldıqdan sonra bu barədə ictimaiyyətə geniş məlumat verəcəyik”.
Polietilen torbaların marketlərdəki qiymətinə gəldikdə isə İ.İbrahimova bildirib ki, nazirlik qiymətlərlə bağlı hər hansı bir təklif irəli sürməyib: "Torbaların qiymətini nazirlik müəyyən etmir. Biz sadəcə polietilen torbaların pullu olması və bəzi növlərinin tamamilə qadağan olunması ilə bağlı təkliflər vermişik. Qərar qəbul olunduqdan sonra bu məsələlərə müvafiq qaydada baxılacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol