Səməd Seyidov: ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
12:33 17.11.2018
Arxiv
514
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti əsas problemlərdən biridir və bu məsələni nəinki ölkə daxilində təşkil edilmiş tədbirlər çərçivəsində, eləcə də xaricdə müzakirə etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini sədri Səməd Seyidov Bakıda keçirilən "İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti diqqəti işğal olunmuş ərazilərimizdəki vəziyyətə cəlb etmək üçün bu məsələni mütəmadi olaraq beynəlxalq qurumlar səviyyəsində qaldırır:
"Bu gün bu məsələ Avropa Şurasının müzakirəsinə çıxarılıb və mən hesab edirəm ki, beynəlxalq qurumlarda, Avropada azərbaycanlı parlamentarilərin mümkün iştirakı ilə bugünkü səviyyədə konfrans keçirmək lazımdır. Düşünürəm ki, bu tərkibdə çoxtərəfli formatda konfransın təşkili son dərəcə vacibdir. Bu, həmin qlobal problemin həlli mexanizmlərinin axtarışı üçün daha səmərəli vasitə ola bilər".
Komitə sədri bildirib ki, bu problemə ATƏT-in Minsk qrupu da xüsusi diqqət ayırmalıdır: "Minsk qrupu hər il nümayiş etdirdiyi kimi passiv fəaliyyət göstərməməlidir, əksinə, işğalçı ölkə olan Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət