Senator Kamala 2020-ci ildə ABŞ prezidenti olmaq istəyir
12:07 12.01.2019
Arxiv
395
Kaliforniya ştatından senator Kamala Harris 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Harris özü hələlik bu barədə rəsmi bəyanatla çıxış etməyib. Lakin yerli KCBS radiosunun verdiyi məlumata görə, senatora yaxın olan bir neçə mənbə onun planlarını təsdiqləyib və bildiriblər ki, Harrisin əri də onun bu qərarını dəstəkləyir.
Amerika KİV-ləri bildirirlər ki, Harris bu planını, çox ehtimal, yanvarın 21-də qeyd edilən Martin Lüter Kinq günü ərəfəsində elan edəcək.
Harris Oklenddə doğulub və hüquq sahəsində karyerasına orada başlayıb. KCBS radiosunun istinad etdiyi mənbələrin fikrincə, Harrisin öz namizədliyini Demokratlar partiyasından məhz Oklenddə irəli sürəcəyi güman edilir.
Məlumat üçün qeyd edək ki, Kamala Harris 2004-2011-ci illər San-Fransisko dairəsinin prokuroru, 2011-2017-ci illərdə Kaliforniyanın baş prokuroru olub. 2016-cı il seçkilərində Demokratlar partiyasının qələbəsindən sonra Harris Kaliforniya ştatının senatoru olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət