Şənbə gününün hava proqnozu

Dekabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən "Sherg.az"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət  70-80 faiz  təşkil edəcək.