“Seriallar ailə dəyərlərimizi korlayır”





"Bakıda kino salonları fəaliyyət göstərir ki, bu təqdirəlaiq haldır. Amma paytaxtımızın kino salonlarda uşaqlar üçün verilən filmlər rus, ingilis dilindədir. Hətta aparılan montorinqlər nəticəsində məlum olub ki, çox az hallarda belə filmlərin altında Azərbaycan dilində tərcümə gedir. Bu məni narahat etməyə bilməz”.

 Sherg.az-ın xəbərinə görə bu sözləri parlamentin iclasında xanım deputat Məlahət İbrahimqızı səsləndirib. Azərbaycan dili ilə bağlı qanunvericliliyin olduğunu xatırladan millət vəkili qeyd edib ki, öz dilimizi unutmamalı, belə hallara yol verməməliyik.

M.İbrahimqızı yerli seriallar haqqqında da tənqidi fikirlərini vurğulayıb: "Azərbaycanın müxtəlif kanallarında çəkilən seriallarda ailə institutuna zidd olan məqamlar var. Buna yol verməmək üçün təklif edərdim ki, belə seriallar çəkildikdən sonra hansısa şura tərəfindən baxıldıqdan sonra kanallara buraxılsın. Yoxsa ailə dəyərlərimiz bu seriallarla korlanmaqdadır”.

Anar