Sərt reaksiya: "Ordumuz nə gərəkirsə edəcək və bu intiqamı alacağıq !"
10:55 05.07.2017
Arxiv
800
"Bu separatçı Cocuq Mərcanlıya köçə belə alçaq təxribata əl atmaqla reaksiya verdi".
Bu barədə Sherg.az-a işğalçı Ermənistanın Füzulinin Alxanlı kəndində törətdiyi təxribat nəticəsində 2 yaşlı nəvə və nənənin amansızcasına qətlə yetirilməsinə münasibət bildirərkən millət vəkili Sahib Alıyev bildirib.
Deputat ordumuzun nə gərəkirsə edəcəyinə əminlik ifadə edib:
"Həlak olanlara Allahdan rəhmət diləyir, dinc insanları atəşə tutan uşaq qatillərini və onlara havadarlıq edənləri lənətləyirəm!"
Millət vəkili onu da əlavə edib ki, Minsk qrupunun həmsədrləri Ermənistan ordusunun hərəkətlərinə konkret və adekvat qiymət verməlidir: "
Minsk qrupu həmsədrlərinin dünənki erməni vəhşiliyinə verdikləri açıqlamadan ikili standart iyi gəlir. Onların bu açıqlaması işğalçı ordunun 2015-ci ilin sentyabrında Tərtərin Qapanlı kəndini atəşə tutması nəticəsində iki qadının və bir uşağın yaralanması zamanı dediklərindən heç nəylə fərqlənmir. Fərqlənmədiyindən də erməni quzğunları təqribən iki il sonra eyni vəhşiliyi yenə təkrarladılar.
Yeri gəlmişkən, o zaman da ermənilər nənə və nəvəni yaralamışdılar. Qapanlıda hayların hədəfə aldığı o qızcığazın da adı Zəhra idi və onun da cəmisi iki yaşı vardı. O zaman Tanrı Tanrıverdiyeva Müşkinazı və nəvəsi balaca Zəhracığı doğmalarına yenidən verdi. Bu dəfə düşmən çirkin arzusuna çatdı. Alxanlılı Zəhra balamız uçub getdi. Zəhranın atası Elnur Quliyev AzVision.az-a qızının intiqamını alacağını deyib. Hamımız Elnuruq, hamımız bu intiqamı alacağıq!"
Erməni vəhşiliyinə dair fotoları bu linkdən izləyin:
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya