Sərt reaksiya: "Teoxarus dürüst adam olsaydı, onu Albaniya da arzuolunmaz şəxs elan etməzdi"
12:22 14.11.2018
Arxiv
570
"Beynəlxlaq təşkilatlarda təmsil olunan parlament üzvləri həmin təşkilatlar tərəfindən ciddi cəzalandırılmalıdır".
Bunu "Sherg.az"a Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarusun Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərlərdən danışarkən millət vəkili Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, AP-da təmsil olunanlar əslində beynəlxalq hüququn bütün normlarına əməl etməlidirlər:
"Onların özləri bu normalara əməl etmirlərsə, digər ölkə və qurumlardan bunu gözləməyə haqları çatmır. BMT, AŞPA və başqa təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyi var. BMT-nin qətnamələrində göstərilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Baxın, Avropa Parlamenti BMT-nin bu qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Beynəlxalq hüquq normlarına sadiq qalmaq gərəkir".
A.Hüseynov onu da bəyan edib ki, Eleni Teoxarus ədalətli, vicdanlı, dürüst adam olsaydı Albaniya onu arzuolunmaz şəxs elan etməzdi:
"Azərbaycan suveren bir dövlətdir. Azərbaycanın dünya səviyyəsində nüfuzu var. Belə adamların yüksək bir qurumda təmsil olunmağa nə mənəvi, nə də hüquqi baxımdan haqqı çatır. Əgər həmin şəxs cəzalandırılmasa, bu o demək olacaq ki, AP-ın özü də separatizmə dəstək verir. AP məsələyə münasibət bildirməldir. Baxın, Eleni Teoxarus kimi admalar erməni lobbisindən "güc" alaraq belə addımlar atırlar. AP buna reaksiya verməzsə, yaxın müddətdə Avropada analoji separatizmlər baş alıb gedəcək".
Qeyd edək ki, Avropa Parlamentinin üzvü, Dağlıq Qarabağa qanunsuz səfərlər edən ermənipərəst Eleni Teoxarus Albaniya hökuməti tərəfindən də arzuolunmaz şəxs elan olunub. Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edənTeoxarus Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan edilib.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya