Sertifikasiya müəllimləri təkmilləşdirir
09:10 06.06.2018
Arxiv
663
Əgər hansısa müəllim lazımlı balı toplaya bilməyibsə, üzərində çalışsın və yenidən imtahan versin
Ölkəmizdə müəllimlərin sertifikasiyası məcburi olacaq. Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov məlumat verib.
Nazirlik rəsmisi həmçinin deyib ki, 2014-cü ildən başlayan diaqnostik qiymətləndirmə könüllü xarakter daşıyır və məcburi deyil:
"Sadəcə olaraq diaqnostik qiymətləndirmə müəllimlərin birbaşa öz maraqlarında olduğu üçün burada həmişə 99 faiz iştirak qeydə alınır. Bu il 21 min nəfər müəllim qiymətləndirmə üçün müraciət edib. Onlardan 9 minə yaxını əvvəlki illərdə müxtəlif səbəblərdən bu qiymətləndirmədə iştirak edə bilməyiblər. Eyni zamanda 12 minə yaxın müəllim qiymətləndirmədə təkrar iştirak edir. Yəni onlar artıq qiymətləndirmədə bir və yaxud bir neçə dəfə iştirak ediblər. Sadəcə olaraq nəticələrindən razı deyillər. Bildiyiniz kimi, qiymətləndirmənin nəticələri müəssisədə dərs bölgüsünün aparılması zamanı nəzərə alınır. Bu da müəllimin maddi rifahına təsir edən amillərdəndir. Ona görə də aşağı nəticə göstərən və nəticəsindən razı olmayanlar qiymətləndirmədə təkrar iştirak etmək istəyirlər. Eyni zamanda yerdəyişmə zamanı da qiymətləndirmənin nəticələri nəzərə alınır. Buna görə də müəllimlər yerdəyişmədə şanslarını yüksəltmək üçün təkrar qiymətləndirmədə iştirak edirlər”.
Maraqlıdır, sertifikasiyanın məcburi olması hansı nəticələr verəcək?
Müəllimlərin sertifikasiyaya cəlb olunmasının düzgün addım olduğunu düşünən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, bu proses müəllimlərin kadr kimi formalaşması üçün də zəmin yaradır:
"İlk dəfə diaqnostik qiymətləndirmə keçirilən zaman nazir qeyd etmişdi ki, bu qiymətləndirmənin müəllimlərin işinə heç bir aidiyyəti yoxdur. Diaqnostik qiymətləndirmə müəllimlərin kadr bankını formalaşdırır. Kadr bankının formalaşmasından sonra nazirlik müəllimlərin hansı səviyyədə olduğunu bilir. Diaqnostik qiymətləndirmədən sonra Təhsil Nazirliyi müəllimlərə növbəti şans verir ki, onlar ikinci dəfə də imtahanda iştirak etsinlər.
Əgər hansısa müəllim lazımlı balı toplaya bilməyibsə, üzərində çalışsın və yenidən imtahan versin. Müəllim özünü doğrulda bilmirsə, təbii ki, o, avtomatik olaraq kadr mahiyyətini itirmiş olur. Bundan sonra isə sertifikasiya prosesi başlayır. Sertifikasiyanın başlaması diaqnostik qiymətləndirmə tam başa çatdıqdan sonra olur. Düşünürəm ki, müəllimlərin sertifikasiyaya cəlb olunması düzgün qərardır. Ümumiyyətlə, müəllimlərin sertifikasiya olunması kadrların təkmilləşməsinə kömək edən haldır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya