Sevgilisini benzin töküb yandırdı - FOTOLAR

Məhkəmədə ifadə verməyən şəxs "susma haqqımı istifadə edirəm" deyib
Bursada ayrılmaq istəyən sevgilisini benzin töküb yandıraraq öldürən şəxs çıxarıldığı məhkəmədə həbs olundu. Məhkəmədə ifadə verməyən şəxs "susma haqqımı istifadə edirəm" deyib. Hadisə ötən günlərdə yaşanıb.
Ayrılmaq istəyən sevgilisiylə mübahisə edən Ümid V., əvvəl gənc qadını, daha sonra özünü benzin tökərək yandırıb. 
Gənc qadın Şengül Vətənsevər həyatını itirib. Özünə gələn şübhəli Ümid V. çıxarıldığı məhkəmədə susma haqqını istifadə edərək danışmayıb. O, mühakimə olunmaq üçün həbsxanaya göndərilib.
Turan