Şeyxin çağırışı doğrudur
11:17 16.09.2017
Arxiv
646
İmam Hüseyn adı altında pul yığan mərkəzlər həqiqətən də İmam Hüseynə və onun məktəbinə həqarət gətirirlər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarənin Ağdam üzrə nümayəndəsi, axund Hacı Barata Məhərrəmlik ayında "Qasım otağı”nda pul yığdığı üçün irad tutub.
QMİ-də Məhərrəmlik ayı ilə bağlı keçirilən iclas zamanı axundun Məhərrəmlik əzadarlığı ilə çıxışını dinləyən zaman onun sözünü kəsərək sual ünvanlayıb.
Şeyxülislam ondan əzadarlıq zamanı "Qasım otağından” nə məqsədlə istifadə etdiyini soruşub. Axund Şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkib. Şeyxülislam davam edib: "Siz orada "Qasım otağı” yaradırsınız, üstündə deşik açırsınız ki, ora pul atılsın. Deməli, Qasım həzrətlərinin adından pul yığmaq üçün istifadə edirsiniz. Bu, düzgün deyil. "Qasım otağı”nı yaradın. Amma üstündə deşik olmasın. Pul yığımını yığışdırın”.
Şeyxülislam Hacı Allahşükür Paşazadənin bəyanatı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Azərbaycanda İmam Hüseyn adı altında pul yığan mərkəzlər həqiqətən də İmam Hüseynə və onun məktəbinə həqarət gətirirlər. Onun sözlərinə görə, A.Paşazadənin çağırışları doğrudur və bu, təqdirəlayiq hesab olunmalıdır:
"Mən Hacı Baratı çox yaxşı tanıyıram. O, 40 ildən çoxdur ki, Ağdam cümə məscidinin axundudur. Mənim onunla heç bir şəxsi dostluğum yoxdur. Amma onu tanıdığım üçün bütün bunları deməyi özümə borc bilirəm. Qarabağ qaziləri, şəhid ailələri onu tanıyır və Hacı Barat Qarabağ hadisələrində təmənnasız haqq sahibi olanlardan biridir. O, digərlərindən fərqli olaraq Qarabağ və şəhidlik adına çox böyük fədakarlıqlar göstərmiş din adamıdır.
Bu birmənalıdır ki, peyğəmbər və əhli-beyt sevgisi əsrlərdir Azərbaycanda dil və bərabərliyimizin, mənəvi dirçəlişimizin simvoluna çevrilib. Amma biriləri İmam Hüseyni istismar edirsə, bu yolverilməzdir. Şeyxülislam bunu açıq şəkildə bəyan edirsə, təbii ki, onun bu bəyanatı təqdirolunandır. Düşünürəm ki, yalnız Şeyxülislamın verdiyi bəyanatla deyil, yerlərdə gerçək mənəviyyat və əxlaq adamları, Allah, peyğəmbər və əhli-beyt hissinə bağlı olan vətənsevərlər maarifləndirmə işinə təkan verməlidirlər.
Şeyxin fikirlərini ona görə təqdir edirəm ki, Həzrəti Hüseynin şəhadətinin fəlsəfəsini, onun qiyamını doğuran səbəbləri bilmədən ona ağlayanlar var. Mən Həzrəti Hüseynin soyundan gələn Seyid Camal olaraq o ağlayanları ağlayıram. Yəqin ki, Ruhanilər İdarəsi bu məsələni sistemli nəzarətə götürmək üçün nəsə mexanizm hazırlayacaqlar. Belə tədbirlər olarsa, bu bizim islama, dini dəyərlərimizə üstün bir xidmət olar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat