Şeyxülislamın oğlunun ölkəni tərk etməsi barədə QMİ-dən BƏYANAT
11:03 18.09.2017
Arxiv
462
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti Allahşükür Paşazadənin oğlunun ölkəni bir dəfəlik tərk etməsi haqda yayılmış xəbərlə bağlı bəyanat yayıb. Lent.az-ın QMİ-nin saytına istinadən məlumatına görə, bəyanatda deyilir:
"Son günlər İdarənin sədri ilə bağlı yayılan məlumatlar iftira xarakterli olub, Sədrin şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdən təxribatlardır.
İdarənin genişmiqyaslı fəaliyyəti, ölkə xaricində həyata keçirdiyi nüfuzlu beynəlxalq tədbirlər, ölkə daxilində reallaşdırdığı layihələrin önəmini azaltmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində dinlərarası dialoq müstəvisində əldə etdiyi nailiyyətləri gözdən salmaq məqsədilə aparılan məqsədyönlü qaralama kampaniyasını qətiyyətlə pisləyir və gündəmə gətirilən saxta məlumatları təkzib edirik.
Azərbaycanın dini liderinə qarşı dezinformasiya axınının erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunmasını istisna etmədən, belə təxribatların, yalan məlumatların Azərbaycan mediasında, habelə sosial şəbəkələrdə geniş şəkildə gündəmə gətirilməsinə təəssüf edir, belə məsələlərə yanaşmada milli təəssübkeşlik hissini və mənəvi dəyərləri üstün tutmağı tövsiyə edirik.
Sədrin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyildir. Birmənalı şəkildə bildiririk ki, QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız Sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur. Bu etik çərçivənin gözlənilməsini istər media təmsilçilərindən, istərsə adıçəkilən yaxınlardan təvəqqe edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya