"Sıfır bal toplayan müəllimlər saxta diplomla işə düzələnlərdir" - PROFESSOR





Müəllimlərin diaqnostik qiymətləndirilməsi ona görə aparılır ki, savadsız müəllimlər aşkar olunsun və tədricən məktəblərdən uzaqlaşdırılsın. 

Bu barədə Sherg.az- a 300 müəllimin tədris etdiyi fəndən 0 (sıfır) qiyməti almasına münasibət bildirərkən təhsil eksperti, professor Şahlar Əsgərov bildirib. 

Onun sözlərinə görə, ali məktəb bitirməyən, diplomu bazardan, metrodan alan, öz ixtisasını bilməyən insanlar məktəblərdən uzaqlaşdırılacaq:

"Bu proses uğurla gedir. Dövlətin apardığı bu işi bütün təhsil ekspertləri, o cümlədən mən də dəstəkləyirəm".

Professorun fikrincə, həmin 300 müəllim saxta diplomlar alıb, işə düzələnlərdir:"

Bilirik ki, əvvəllər saxta diplomlar satılırdı. Sabiq təhsil naziri Misir Mərdanovun və hazırkı nazir Mikayıl Cabbarovun vaxtında da belə hallar aşkar olundu. Bu 300 müəllim də həmin saxta diplomların təzahürüdür. O vaxt Rusiyanın paytaxtı Moskvada metroda saxta diplom satırdılar. Mən onu parlamentdə də demişdim. Yəni metroda yaxınlaşırdın ki, mənə fisan universitetinin, filan fakütltəsinin diplomu lazımdır. Sabah gedirdin 200 dollar ödəyirdin, o diplomu sənə verirdilər. Belə şeylər var idi. İndi Rusiyada da bunu yığışdırdılar. Azərbaycanda da saxta diplom satanları ifşa edirlər. Bir daha qeyd edirəm ki, diaqnostik qiymətləndirmə yolu ilə bu cür saxta diplomlar alib, məktəblərdə çalışanları aşksarlayıb məltəblərdən uzaqlaşdırırlar. Bu, yaxşı haldır".


Qeyd edək ki, bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb. Beləliklə 300 müəllim tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb.

Ayyət