Siyavuş müəllim düz deyir, bələdiyyələrin sayı azaldılmalıdır
13:55 16.02.2017
Arxiv
708
“Nə qədər ki, bələdiyyələr icra hakimiyyətlərinin əlavəsində olur, onlar bələdiyyə adını daşımağa layiq olmayacaq”
Milli Məclisin yaz sessiyası iclasında ölkəmizdə fəaliyyət göstərən bələdiyyələrlə bağlı müzakirələr aparılıb. İclasda bir sıra deputatlar bələdiyyələrin fəaliyyətini tənqid ediblər.
Millət vəkili Siyavuş Novruzov müzakirə zamanı bələdiyyələrin sayının və tərkibinin azaldılmasını təklif edib. Deputat deyib ki, Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir, amma kiçik bir kənddə 6-7 nəfər üzv olur: "Məncə, bu bələdiyyələri birləşdirmək lazımdır. Bəziləri deyir ki, bu qurumların səlahiyyəti azdı. Əksinə, düşünürəm ki, bələdiyyələrə kifayət qədər status verilib, onlar bu səlahiyyətlərlə xeyli iş görə bilərlər. İndi də gec deyil. Bu qurumlar
əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və s. salmaq əvəzinə, vəsaiti başqa istiqamətə xərcləyirlər.
Düşünürlər ki, ola bilər, növbəti mərhələdə seçilməzlər, əllərində nə varsa, xərcləyirlər. Vaxtilə bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir. Əfsuslar olsun ki, əldə olunan vəsaitlərin hamısını mebelə, maşınlara və əmək haqlarına sərf ediblər”.
Bələdiyyələrin sayının azaldılmasının münasib olduğunu bildirən tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı millət vəkilinin fikirləri ilə razılaşdığını deyib. Onun sözlərinə görə, bələdiyyə institutu Avropada ən güclü institutlardandır və onların yaradılmasına ehtiyac var:
"Bələdiyyələr Azərbaycanda 1999-cu ildə yaradıldı. Azərbaycanın Avropa Şurasına daxil olması üçün götürdüyü öhdəliklərdən biridir. Amma çox təəssüf ki, elə Avropa Şurasına daxil olmaq xatirinə yaradıldı. Ölkəmizdəki bələdiyyələr klassik Avropa ölkələrində olan bələdiyyələrdən kəskin fərqlənir.
Düşünürəm ki, bələdiyyələrin statusunu aydınlaşdırmaq lazımdır ki, icra hakimiyyətlərindən asılı olmasınlar. Nə qədər ki, bələdiyyələr icra hakimiyyətlərinin əlavəsində olur, onlar bələdiyyə adını daşımağa layiq olmayacaq. Zənnimcə, Siyavuş müəllimin təklifi düzdü. Yəni, az və çevik idarə üsuluna keçmək daha yaxşıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə