Siyavuş Novruzov: “Axşamlar xaricdən telefonlarımıza zənglər gəlir...”




Deputat Siyavuş Novruzov siyasi partiyaların maliyyə hesabatı verməməsinə görə narazıdır. 

Sherg.az bildirir ki, bu barədə millət vəkili Milli Məclisin iclasında danışıb. O deyib ki, hələ də bir sıra siyasi partiyalar maliyyə hesabatları vermir: "Amma onların cangüdənləri, maşınları var. 
Hesab edirəm ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etmək lazımdır”.


S.Novruzov onu da vurğulayıb ki, axşamlar xaricdən telefonlarına zənglər gəlir: "İnformasiya təhlükəsizliyi məsələsinə görə bunun araşdırılmasına ehtiyac var. Ziyafət Əsgərovdan komitə sədri kimi xahiş edirik ki, bu məsələ araşdırılsın”.

Anar