Siyavuş Novruzov: “O vətən xainidir”





Parlamentin bu gün keçirilən iclasında xainlik edərək Ermənistandan "müvəqqəti sığınacaq” alan Şahin Mirzəyevin məsələsi qaldırılıb. 

Sherg.az bildirir ki, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov deyib ki, Mirzəyevin bu hərəkəti vətənə xəyanətdir: 

"Şahin Mirzəyev bir zaman Azərbaycanda prezident seçkiləri keçirilən ərəfədə Milli Şuranın üzvü idi. O, həmin qurumun bir növ ruporuna çevrilmişdi. İndi görün ki belə xəyanətkarları öz sıralarına cəlb edən qurumun rəhbərləri ölkəyə rəhbərlik etmək iddiasında olublar. Bu da onların bir daha xəyanətkar olmasının sübutudur”.

Anar