SOCAR hasil olunan xam neft və qazın maya dəyərini açıqladı
11:55 20.09.2017
Arxiv
591
2016-cı ildə SOCAR-ın istismar etdiyi yataqlardan hasil olunan 7 mln. 522,4 min ton xam neftin 5 mln. 999,8 min tonu emala yönəldilib, 1,439 mln. tonu isə ixrac edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" jurnalının xüsusi buraxılışında yer alan məqaləsində deyilir.
Müəllif qeyd edir ki, ötən il Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan və SOCAR-ın payına düşən 825,2 min ton məsrəf nefti və 691,08 min ton mənfəət nefti (cəmi 1 mln. 516,28 min ton) ixrac olunub.
"SOCAR tərəfindən bu dövrdə 6 mlrd. 266,8 mln. kubmetr qaz hasil edilib, 298,4 mln. kubmetr qaz idxal edilib və "Şahdəniz" yatağından 3 mlrd. 463,6 mln. kubmetr qaz müqavilə şərtlərinə əsasən alınıb. Eyni zamanda AÇG-dən sazişin şərtlərinə əsasən 2 mlrd. 762,6 mln. kubmetr səmt qazı qəbul edilib. Hasil olunan, alınan və qəbul edilən qazın 9 mlrd. 677,1 mln. kubmetri daxili bazarda satılıb, 1 mlrd. 321,4 mln. kubmetri isə ixrac edilib", - deyə vitse-prezident vurğulayıb.
Onun sözlərinə görə, qeyd edilən dövrdə SOCAR üzrə hasil edilən 1 ton xam neftin maya dəyəri 97 manat 81 qəpik, 1000 kubmetr qazın maya dəyəri isə 46 manat 77 qəpik təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya