Soğan və kələmin ixracı üçün bu qədər gömrük rüsumu tələb olunacaq - QƏRAR




Azərbaycandan soğan və kələmin ixracına gömrük rüsumu tətbiq edilib.

"Sherg.az"ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən 31 may 2019-cu il tarixədək həm 1 kiloqram soğanın, həm də 1 kiloqram kələmin ixracına 2 dollar gömrük rüsumu tətbiq edilib.